Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













KÖNÜLLÜ JURNALİST

           Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq muxtar respublikada könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, jurnalistika sahəsində könüllülük fəaliyyətinin təmin olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “KÖNÜLLÜ JURNALİST” layihəsinə start verilir.

Layihə uzunmüddətlidir və layihə çərçivəsində 6 aydan bir yeni könüllülər qrupu yaradılacaq. Yeni qrupa seçilmiş könüllülər 6 ay ərzində onlar üçün təşkil olunacaq təlim, seminar və digər tədbirlərdə iştirak edəcək, jurnalistika peşəsini hərtərəfli öyrənəcəklər. Hər könüllü qrupu layihə üçün qeydiyyatdan keçmiş gənclər arasından Seçim Komissiyası tərəfindən seçilmiş 10 nəfər gəncdən ibarət olacaq. İştirakçılar aşağıdakı meyarlar əsasında seçiləcəkdir:

-ali və orta ixtisas təhsili müəssisələrində təhsil almalı
-media sahəsində müvafiq bilikləri olmalı
-jurnalistika sahəsinə marağı olmalı
-ictimai fəallıqda seçilməli

Layihəyə qoşularaq könüllü jurnalist olmaq, jurnalistika peşəsini daha yaxşı öyrənmək, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən keçirilən tədbirlərin təşkilində yaxından iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 24 avqust 2020-ci il tarixdə saat 16:00-da yekunlaşacaq.


Qeydiyyat










Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021