Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Babək Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlər

      III rüb ərzində tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, vətənpərvərlik ruhunun aşılanması, o cümlədən muxtar respublikanın turizm potensialının təbliği məqsədilə yeniyetmələr arasında “Vətəni tanı” İntellektual Oyunu, gənclərin Şahbuz rayonunda yerləşən Məmməd Arazın ev muzeyi və Batabat Dövlət Təbiət Qoruğu, Ordubad rayonunda yerləşən Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev muzeylərinə ekskursiyaları, 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin yürüşü və “Vətənin intiqamı” sənədli filminin nümayişi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Daxili İşlər və Təhsil nazirliklərinin birgə hazırladığı tədbirlər planına əsasən Şəkərabad və Babək şəhər 2 nömrəli tam orta məktəblərinin şagirdləri üçün “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbirlər keçirilib, həmçinin gənclərin iştirakı ilə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir reallaşıb.

Hesabat dövründə gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə olan marağın artırılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və istedadlı idmançıların üzə çıxarılması məqsədilə futbol üzrə yoldaşlıq görüşü, boccia və şahmat üzrə rayon birincilikləri, eləcə də 12 Avqust - Beynəlxaq Gənclər Gününə həsr edilən voleybol üzrə yoldaşlıq görüşü, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə mini futbol üzrə yoldaşlıq görüşləri, sərbəst güləş üzrə rayon birinciliyi və stolüstü tennis turniri keçirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi, qızlardan ibarət voleybol komandaları arasında muxtar respublika açıq birinciliyi və tir atıcılığı üzrə muxtar respublika birinciliyində Babək rayon idmançılarının iştirakı təmin edilib, təmsilçilərimizdən Əjdər Mustafayev tir atıcılığı yarışında 2-ci yerə sahib çıxıb.

Müvafiq dövr ərzində bədən tərbiyyəsi və idman sahəsində 12, gənclərlə iş sahəsində 7 tədbir keçirilib. İdman sahəsində keçirilən tədbirlərdə 331, gənclər sahəsində isə 209 nəfər iştirak edib.



Babək Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021