Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Culfa Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlər

      Rüb ərzində yeniyetmələrin intellektual biliklərinin, dünya görüşlərinin yüksəldilməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə rayon ümumtəhsil məktəbləri arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu, məktəblilərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil olunub, məktəbdənkənar tərbiyə müəssisələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şəhidlər bizim qəhrəmanımızdır!” və “Biz sülh istəyirik!” adlı rəsm müsabiqələri reallaşıb.

Yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmana cəlbi, bu sahəyə olan marağın artırılması, istedadlı idmançıların aşkara çıxarılması və kütləviliyin təmin edilməsi istiqamətində Beynəlxaq Şahmat Gününə həsr olunan şahmat üzrə rayon birinciliyi, Beynəlxalq Gənclər Günü ilə əlaqədar şahmat üzrə rayon turniri və voleybol üzrə yoldaşlıq görüşü və şahmat müəllimləri arasında 15 Sentyabr - Bilik Gününə həsr olunan turnir, atletikanın hündürlüyə tullanma növü üzrə rayon turniri, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan cüdo üzrə açıq turnir, o cümlədən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında qaçış üzrə rayon turniri, böyüklərdən ibarət “Əbrəqunus” və “Bənəniyar” komandaları arasında voleybol, “Babək” və “Culfa” komandaları arasında isə mini futbol üzrə yoldaşlıq görüşləri keçirilib.

Rüb ərzində bədən tərbiyyəsi və idman sahəsində 12, gənclərlə iş sahəsində 8 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 243, idman sahəsində isə 359 nəfər iştirak edib.



Culfa Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021