Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kəngərli Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində yeniyetmə və gənclər arasında tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, onlara vətənpərvərlik ruhunun aşılanması məqsədilə yeniyetmələr üçün vətənpərvərlik motivli sənədli filmin nümayişi, 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin yürüşü, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə isə marifləndirici tədbir təşkil olunub.

Gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası məqsədilə yeniyetmələr arasında nüvəitələmə, qaçış, mini futbol, voleybol, şahmat və paralimpiyaçılar arasında darts üzrə rayon birincilikləri, 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunan şahmat və voleybol yarışları, həmçinin “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə stolüstü tennis üzrə açıq birincilik, basketbol və mini futbol üzrə rayon birincilikləri təşkil olunub.

Rüb ərzində gənclərlə iş sahəsində 3, bədən tərbiyyəsi və idman sahəsində 12 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 62, idman sahəsində isə 352 nəfər iştirak edib.



Kəngərli rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021