Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində yeniyetmələrin intellektual biliklərinin, dünya görüşlərinin yüksəldilməsi, onlara vətənpərvərlik hissinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına uyğun olaraq maarifləndirici söhbətlər aparılıb.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, asudə vaxtının səmərəli təşkili, onlar arasında bu sahəyə marağı daha da artırmaq və istedadlı idmançıları üzə çıxarmaq məqsədilə məktəblilər arasında nüvəitələmə, nizəatma, stolüstü tennis, sərbəst güləş və basketbol yarışları, cüdo, voleybol və basketbol üzrə şəhər birincilikləri təşkil olunub. 12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə qızlar arasında üzgüçülük, voleybol, oğlanlar arasında şahmat, həmçinin yeniyetmə və gənclər arasında boks üzrə şəhər birincilikləri təşkil olunub.

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа qaçış, yeniyetmə və gənclər arasında isə üzgüçülük, karate, nüvəitələmə və nizəatma, kikboksinq, MMA (Qarışıq döyüş sənətləri), boks və sərbəst güləş növləri üzrə Naxçıvan şəhər birincilikləri reallaşıb.

Dostluq və idman əlaqələrinin gücləndirilməsi və idmançıların yarış təcrübəsinin artırılması məqsədilə məktəblərdə yaradılan idman klubları arasında voleybol, yeniyetmələrdən ibarət "Naxçıvan" və "Şahbuz" komandaları arasında sərbəst güləş, Naxçıvan şəhər və Şərur rayon Uşaq-gənclər idman məktəblərinin komandaları arasında isə mini futbol üzrə yoldaşlıq görüşləri keçirilib.

Rüb ərzində gənclərlə iş sahəsində 2, bədən tərbiyyəsi və idman sahəsində 25 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 39, idman sahəsində isə 1127 nəfər iştirak edib.



Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021