Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ordubad Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, vətənpərvərlik ruhunun aşılanması, o cümlədən muxtar respublikanın turizm potensialının təbliği məqsədilə yeniyetmə və gənclərin Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi və Yusif Məmmədəliyevin ev-muzeyinə, 12 Avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar olaraq isə gənclərin “Naxçıvanı tanıyaq” devizi ilə Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları, “Poladın 7 anı” sənədli filminin nümayişi, 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin yürüşü və Bayraq Meydanında əlamətdar günə həsr olunan tədbir təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Daxili İşlər və Təhsil nazirliklərinin birgə hazırladığı tədbirlər planına əsasən Əndəmic kənd tam orta məktəbinin şagirdləri üçün “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Hesabat dövründə əhalinin, xüsusən də gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə olan marağın artırılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və istedadlı idmançıların üzə çıxarılması məqsədilə şahmat üzrə tempo turnirləri, 100, 200 və 400 metr məsafəyə qaçış, boccia və futbol üzrə rayon turnirləri, "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə basketbol, voleybol və mini futbol üzrə yoldaşlıq görüşləri təşkil olunub.

Rüb ərzində gənclərlə iş sahəsində 7, kütləvi bədən tərbiyyəsi və idman sahəsində 18 tədbir keçirilib. Gənclər sahəsində 140, idman sahəsində keçirilən tədbirlərdə isə 860 nəfər iştirak edib.



Ordubad Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021