Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sədərək Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlər

      Rüb ərzində yeniyetmə və gənclər arasında tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, onlara vətənpərvərlik ruhunun aşılanması, o cümlədən muxtar respublikanın turizm potensialının təbliği məqsədilə rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya, “Heydər Əliyev və gənclər siyasəti” və “Poladın 7 anı” sənədli filmlərinin nümayişi və 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin yürüşü təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Daxili İşlər və Təhsil nazirliklərinin birgə hazırladığı tədbirlər planına əsasən Əndəmic kənd tam orta məktəbinin şagirdləri üçün “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Hesabat dövründə gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə olan marağın artırılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və istedadlı idmançıların üzə çıxarılması məqsədilə qaçış üzrə rayon birinciliyi, şahmat üzrə tempo turniri, rayon ümumtəhsil məktəblərinin şahmat müəllimləri arasında şahmat üzrə rayon birinciliyi, voleybol üzrə yoldaşlıq görüşü, 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunan şahmat və qaçış üzrə rayon birincilikləri, mini futbol üzrə yoldaşlıq görüşü, "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə Boccia üzrə rayon birinciliyi, stolüstü tennis birinciliyi, voleybol, basketbol və karate üzrə yoldaşlıq görüşləri təşkil olunub.

Rüb ərzində gənclərlə iş sahəsində 5, bədən tərbiyyəsi və idman sahəsində 13 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 59, idman sahəsində isə 197 nəfər iştirak edib.



Sədərək Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021