Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şahbuz Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində gənc nəsil nümayəndələri arasında tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, onlara vətənpərvərlik ruhunun aşılanması, o cümlədən muxtar respublikanın turizm potensialının təbliği məqsədilə Xalq Şairi Məmməd Arazın Nursu kəndində yerləşən ev muzeyi, Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyi, həmçinin Naxçıvan şəhərindəki muzeylərə ekskursiyalar, “Poladın 7 anı” sənədli filminin nümayişi və 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin yürüşü təşkil olunub.

Hesabat dövründə gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə olan marağın artırılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və istedadlı idmançıları üzə çıxarılması məqsədilə boccia, şahmat birincilikləri, voleybol və mini futbol üzrə yoldaşlıq görüşləri, rayonun ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə rayon birinciliyi, 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə yeniyetmələr arasında sərbəst güləş və şahmat birincilikləri, 15 Sentyabr - Bilik Gününə həsr olunan şahmat üzrə rayon birinciliyi və sərbəst güləş üzrə yoldaşlıq görüşü, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan voleybol üzrə rayon birinciliyi, həmçinin “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə voleybol üzrə rayon birinciliyi və futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Gənclərlə iş sahəsində 5, bədən tərbiyəsi və idman sahəsində isə 12 tədbir təşkil olunub. Keçirilən tədbirlərdə ümumilikdə 518 yeniyetmə və gənc iştirak edib.



Şahbuz Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021