Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şərur Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin iyul-sentyabr aylarında gördüyü işlərlə bağlı məlumat

      İlin III rübü ərzində yeniyetmələrin mədəni-tarixi və turizm əhəmiyyətli məkanlara ekskursiyalarının davamı kimi Şərur rayonunda fəaliyyət göstərən idman federasiyalarının rayon bölmələrinin idmançıları və 2 nömrəli tam orta məktəbin V-VI sinif şagirdləri rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq, eləcə də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası məqsədilə yeniyetmə və gənclər arasında stolüstü tennis, boks, üzgüçülük, tir atıcılığı, cüdo, sərbəst güləş, nüvə itələmə və nizəatma, sağlamlıq imkanları məhdud yeniyetmələr arasında 100 metr məsafəyə qaçış üzrə rayon birincilikləri, həmçinin Şərur və Naxçıvan şəhər Uşaq-gənclər idman məktəblərinin 10-11 və 12-13 yaş qruplarından ibarət mini-futbol komandaları arasında yoldaşlıq görüşləri keçirilib. Yeniyetmələr arasında 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş kikboksinq və 15 Sentyabr - Bilik Gününə həsr olunmuş nüvə itələmə və nizəatma üzrə rayon birincilikləri, eləcə də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə mini futbol və voleybol üzrə yoldaşlıq görüşləri reallaşıb.

Rüb ərzində gənclərlə iş sahəsində 4, bədən tərbiyyəsi və idman sahəsində 22 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 44, idman sahəsində isə 503 nəfər iştirak edib.



Şərur Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021