Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntelektual oyun keçirilmişdir

      1 may 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların zehni inkişafının, dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə “Zoom” proqramı vasitəsilə onlayn şəkildə gənclər arasında “Kim? Nə? Hara?” intelektual oyunu keçirilmişdir.

Oyun 8 raunddan ibarət olmuş, hər raundda müxtəlif mövzularda 3 sual səsləndirilmişdir. Sonda suallardan daha çoxuna düzgün cavab verən gənclər qalib hesab olunmuşdur. Belə ki, Güllü İbrahimova daha çox xal nominalı toplayaraq oyunun qalibi adını qazanmışdır. Əli Əliyev və Zeynəb İsmayılova isə müvafiq olaraq II və III yerin sahibi olmuşlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
01.05.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020