Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər muzey və turizm məkanlarını ziyarət edib

      5 oktyabr 2021-ci il tarixdə gənclər arasında muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi kimi önəmli funksiyalar daşıyan ənənəvi ekskursiyalardan daha biri reallaşıb. Belə ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ekskursiya çərçivəsində Ordubad və Culfa rayon gəncləri Şahbuz rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyi, Xalq şairi Məmməd Arazın ev-muzeyi, Ağbulaq İstirahət Mərkəzi, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasında olublar.

Tədbirin əvvəlində Nazirliyin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli ekskursiyanın mahiyyəti barədə danışaraq bildiriblər ki, zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikamıza olan turist marağı ildən-ilə artmaqdadır. İnanırıq ki, “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar da bu baxımdan faydalı olacaq.

Ekskursiyada iştirak edən gənclər sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Həmçinin tədbir iştirakçıları üçün Ağbulaq İstrahət Mərkəzində yemək və çay süfrəsi təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
05.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021