Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Əcnəbi tələbələr Naxçıvan şəhərində yerləşən
Atıcılıq Mərkəzində olmuşlar

      8 oktyabr 2021-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Naxçıvan şəhərindəki Atıcılıq Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Tədbirin əvvəlində Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək bildirib ki, bugünkü ekskursiyanın təşkil olunmasında məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda atıcılıq idman növünə marağın daha da artırılması, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəsissələrinə qəbul olmuş əcnəbi tələbələri muxtar respublikanın turizm və əyləncə məkanları ilə tanış etmək və ekskursiya zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq, muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılmasıdır. Sonra Naxçıvan Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev gənclərə Mərkəz haqqında ətraflı məlumat verib. Bildirilib ki, Atıcılıq Mərkəzində iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi mövcuddur. Mərkəz ən müasir silah və avadanlıqlarla təchiz olunmuşdur. Burada atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, eləcə də qulaqcıq, gözlük və qoruyucu jiletlər vardır. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmiş, atış meydançalarında stendlər qoyulmuşdur. Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunmuş, oxçuluq idman növü ilə məşğul olmaq üçün hədəflər, 10 və 25 metrlik məsafələrdə tirlər quraşdırılmışdır. Mərkəzdə həmçinin eni 54, uzunluğu 93 metr olan peyntbol meydançası da mövcuddur.

Daha sonra gənclər arasında peyntbol yarışı, tir atıcılığı, oxatma və stend atıcılığı təşkil edilmiş, ekskursiyanın sonunda isə onlar üçün çay süfrəsi təşkil olunmuşdur.

Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş ekskursiyada 20 nəfər əcnəbi tələbə iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021