Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Paralimpiyaçılar üçün təlim keçirilib

      Oktyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və məşqçi Əkbər Qubuşovun iştirakı ilə muxtar respublikada stolüstü tennis ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib. Təlimdə iştirakçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, zəruri hallarda praktiki icra olunub.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev də tədbirdə iştirak edərək, təlim-məşq prosesini izləyib, idmançıların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, seminarın sonunda Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşovaya xatirə hədiyyəsi və təşəkkürnamə təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021