Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Araz-Naxçıvan" təmsilçisi məşqçi kursunun son mərhələsini də tamamlayıb

      Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda "Araz-Naxçıvan" PFK-nın qapıçı-məşqçisi Amil Ağacanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən icra olunan UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi kursunu tamamlayıb. Belə ki, 3 moduldan ibarət kurs çərçivəsində məşqçi son olaraq Muxtar Respublika Stadionunda nəzəri və praktiki imtahanda bilik və bacarıqlarını nümayiş etdirib. AFFA nümayəndələri - kursun ölkəmiz üzrə rəhbəri Faiq Əzimov və Məşqçilərin Maarifləndirilməsi Departamentinin qapıçılar üzrə təlimatçısı Üzeyir İbrahimovun birbaşa müşahidəsi və nəzarəti əsasında reallaşan imtahanda müvafiq tapşırıqların icrası izlənilib, aidiyyəti üzrə qeydlər aparılıb. Prosesə uyğun olaraq şəffaflığın təmin olunması üçün imtahanın gedişatı videoçəkilişlə lentə alınıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə kursa qatılan Amil Ağacanovun imtahan nəticələri prosesin ölkə üzrə tamamlanmasından sonra məlum olacaq. Kursu uğurla tamamlayan iştirakçılara UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021