Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksçularımız Bakıdan uğurlu nəticələrlə qayıdıblar

      Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə kikboksinq üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Kikbokqsinq Federasiyasının idmançıları paytaxt birinciliyindən nailiyyətlə geri dönüblər. Yarışa məşqçi Kəmaləddin Rzayevin rəhbərliyi altında 7 kikboksçu qatılıb. Onlardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb.

Təmsilçilərimizdən ən yaxşı nəticəyə Məmməd Məhəmmədov nail olub. O, 2008-ci il təvəllüdlü idmançılar arasında 47 kq çəki dərəcəsi üzrə qalib adına layiq görülüb. Fərişad Süleymanlı (45 kq) 2007-ci təvəllüdlər, Əli Nəsurullayev (30 kq) isə 2010-cu il təvəllüdlülər arasında ikinci olublar. Turqay Həsənov (2008, 42 kq), Enes Babayev (2010, 20 kq) və İsməddin Rzayev (2011, 39 kq) yarışı üçüncü sırada tamamlayıblar. Bu nəticələrlə Naxçıvan kikboksçuları Bakı birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021