Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İdmançıların “Yay məktəbi” sona çatıb

      Ağbulaq İstirahət Mərkəzində idmançıların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəbi”ndə sonuncu mərhələ də yekunlaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Boks, Güləş, Futbol və Basketbol federasiyalarından ümumilikdə 50 nəfər iştirak edib. Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, stolüstü oyunlar, müsabiqələr və film nümayişləri, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.

Qeyd edək ki, “Yay məktəbi”nin geridə qalan 3 mərhələsində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından ümumilikdə 150 nəfər məşqçi və idmançı iştirak edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021