Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Karateçimizdən növbəti uğur

      Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının (İSSF) təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçirilib. Azərbaycan idmançıları yarışda uğurlu nəticələr qazanıb. Milli komandanın üzvü, Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov -63 kq çəki dərəcəsində qızıl medala sahib olub.

Yarışda ölkəmizin adına 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanılıb. Digər 14-15 yaşlı yeniyetmə karateçilərimizdən Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə İSSF tərəfindən xüsusi medalla təltif edilib.

Xatırladaq ki, Rəşid Süleymanov avqust ayında Avropa çempionluğu sevincini yaşamışdı.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021