Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məşqçi və idmançıların iştirakı ilə muzey gəzintisi təşkil olunub

      İdman federasiyaları nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhərində yerləşən mədəni-tarixi məkanlar olub. Qrafikə uyğun olaraq bugünkü gəzintidə Atıcılıq, Hava və Ekstremal İdman Növləri, Kikboksinq və Paralimpiya federasiyalarının təmsilçiləri iştirak ediblər. İştirakçılar müvafiq olaraq Duz Muzeyi, Milli Dəyərlər Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və Qarabağlar Türbə Kompleksini ziyarət ediblər. Ekskursiyalar zamanı iştirakçılara bələdçilər tərəfindən aidiyyatı üzrə məlumatlar və maraqlı faktlar çatdırılıb.

Tarixi gerçəkliklərin təbliğ olunması, görkəmli elm adamları və dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras kimi qoruyub saxladığı dəyərlərə bağlılıq hissi yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar qrafikə uyğun olaraq davam etdiriləcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021