Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan şahmtaçılarının uğurlu Türkiyə səfəri

      Türkiyə Şahmat Federasiyanın təşkilatçılığı ilə 13-18 sentyabr tarixlərində Kırşehirdə beynəlxalq turnir təşkil olunub. Yarışda Naxçıvan Şahmat Federasiyasının təmsilçiləri də iştirak edərək, uğurlu nəticələrə müvəffəq olublar. Qızlar arasındakı nəticələrə əsasən "A" qrupunda Nəsrin Babayeva (Ümumi sıralamada 10-cu yer) , "B" qrupunda isə Nazlı Hümbətova qalib olublar. "A" qrupunda yer alan digər təmsilçilərimiz Sadiq Qarayevlə (8-ci) və Ayxan Əliyev (9-cu) turniri ilk onluqda bitiriblər.

Ərturan İsmayılov "B" qrupunun üçüncüsü olub. Zahid Allahverdiyev 14 yaşlılarda ikinci, Anar İbrahimzadə isə 10 yaşlılarda üçüncü sırada qərarlaşıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021