Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













UEFA-nın kütləvi futbol həftəsinə Naxçıvanda start verildi

      Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv olan dövlətlərdə uşaq futbolu ilə bağlı tədbiq olunan “Grassroots” proqramına əsasən “kütləvi futbol həftəsi” (Grassroots week) və eyni zamanda “Futboldan həzz al” (Enjoy with football) layihəsi bərpa olunub. Naxçıvanda start götürən layihə daha sonra ölkəmizin bir neçə regionunu da əhatə edəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksində 100-dək məktəblinin iştirakı ilə əyləncəli futbol festivalı keçirilib. Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir məktəbliyə layihəni əks etdirən futbol topları hədiyyə olunub.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021