Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













AFFA ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilir

      Naxçıvanda reallaşan “Kütləvi futbol həftəsi” yekunlaşdıqdan sonra Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüş Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti və NFF-nin sədr müavini Sakit Rzayevin iştirakı ilə keçirilib. Qonaqlara yenidənqurma işlərindən sonra istifadəyə verilən Ordubad Şəhər Stadionu və ümumilikdə muxtar respublikamızda futbolun inkişafı üçün atılan addımlar və yaradılan əlverişli maddi-texniki baza haqqında ətraflı məlumat verilib. Mövcud imkanların Naxçıvan və ümumilikdə Azərbaycan futbolu üçün əhəmiyyəti, uşaq futbolunun inkişaf istiqamətləri, bölgədə futbolun kütləviliyi, bu sahədə həyata keçirilən təhsil və maarifləndirmə işləri, futzal və çimərlik futbolunun perspektivləri kimi mövzular müzakirə olunub, gələcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər arasında əməkdaşlıq əlaqələrinin uğurla davam və inkişaf etdirilməsi amili bölgənin futbol həyatı və gələcək potensialları baxımından yüksək qiymətləndirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021