Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şahbuz rayon gəncləri üçün
“Ünsiyyətin həyatımızdakı rolu” adlı təlim keçirilib

      Təlimdən öncə Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova çıxış edərək bildiriblər ki, fərqli mövzularda keçirilən seminarlar, təlimlər rayon gənclərində dünyagörüşünün artırılmasına, gələcək karyera istiqamətləri üçün yeni bilik və bacarıqların qazanılmasına müsbət təsir edir və şəxsi inkişaflarına kömək olur. Davamlı olaraq keçirilən bu tipli təlimlər də məhz bu məqsədlərə xidmət edir.

Çıxışların ardınca Əsmər Rzayevanın təqdimatında təlimə start verilib. Peşəkar ünsiyyətin zərurətdən yarandığını deyən təlimçinin fikrincə buna tələbat çox zaman məqsəd, fikir və fəaliyyət nəticəsində üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi aparmaqla məlumatın ötürülməsi və qəbul edilməsində tərəf kimi çıxış edir. Ünsiyyət əsasən, insanın özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur.

Təlimdə ünsiyyət zamanı diqqət olunacaq məqamlar, özünüifadə və natiqlik bacarığının formalaşdırılması ilə bağlı fikirlər səsləndirilib.

Sonda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin tərəfindən birgə təşkil olunan təlimdə 30 gənc iştirak edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021