Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybolçu qızlar muxtar respublika birinciliyində

      Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində qızlardan ibarət voleybol komandaları arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyinə start verilib. Yarışa şəhər və rayonlardan ümumilikdə 9 komanda qatılıb. Regionda qadın voleybolunun inkişaf etdirilməsi, kütləviliyin təmin olunması və idmançıların oyun təcrübəsinin artırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.

Yarışın reqlamentinə əsasən komandalar dairəvi sistem üzrə 2 yarımqrupda mübarizə aparacaq. Hər qrupdan yüksək xal toplayan iki komanda yarımfinal mərhələsinə adlayacaq. Qaliblər finalda, digərləri isə üçüncülük görüşündə bir-birinə rəqib olacaq.

Birinciliyə sabah yekun vurulacaq. İlk üçlükdəki kollektivlər diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021