Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Boks Federesiyasının yetirməsindən uğurlu nəticə

      Tayfur Əliyev Mərkəzi Ordu İdman Klubunun heyətində karyerasını davam etdirir. O, 18-25 sentyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Boks üzrə Hərbçilərin 58-ci Dünya Çempionatında ölkəmizi təmsil edən boksçular sırasında yer alıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yəmənli, braziliyalı və iranlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib, lakin boksçumuz yüksək hərarəti olduğu üçün həkimlərin rəyinə əsasən rinqə çıxmaqdan imtina edib. Nəticədə texniki məğlubiyyət alan Tayfur dünya çempionatını bürünc medalla tamamlamalı olub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021