Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Muxtar Respublikasının İstedadlı Gəncləri



25.01.2002 tarixdə Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur.

Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin XI sinif şagirdidir.

“Şair və şeir”, “Xalqıma xidmət” adlı iki şeir kitabı nəşr olunub.


23.06.2004 tarixdə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan şəhər 5 №-li tam orta məktəbin VIII sinif şagirdidir.

“Sevimli dostlarım-kitablar” adlı kitabı çap olunub.


1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan Musiqi Kollecində müəllim olaraq çalışır.

“Hünər” XII vətənpərvərlik mahnıları müsabiqəsində I yeri qazanıb.


02.10.1994 tarixdə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.

Naxçıvan Musiqi Kollecində müəllim olaraq çalışır.

Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində II dərəcəli diplomla təltif olunub.


Əliyev Əli Rafiq oğlu-1999-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Müxtəlif intellektual oyunların iştirakçısı, həmçinin 2019-cu ildə Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Azərbaycan Universitetləri arasında keçirilən “II Universiada” kubokunda qalib gəlmiş “Diplomat” komandasının üzvüdür.

“Fəal gənc” nominasiyası üzrə mükafatlandırılıb.



Hacıyev Çinar Sahib oğlu-12 aprel 2001-ci ildə Ordubad rayon Kələntər kəndində anadan olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunda təhsil alır.

Rəsm üzrə Azərbaycan və muxtar respublika birinciliklərinin qalibidir.

“Gənc rəssam” nominasiyası üzrə təltif olunub.




Əkbərli Fərid Vidadi oğlu-15 sentyabr 1999-cu ildə babək rayonunun Aşağı Buzqov kəndində anadan olub.

Naxçıvan Dövlət Universitetində təhsil alır.

Naxçıvan Dövlət Tələbə Teatr Studiyasının üzvüdür.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş “Ölülər və Dəlilər”, “Xəyyam”, “Qılınc və Qələm” tamaşalarında iştirak etmiş, müxtəlif müsabiqələrin qalibi olmuşdur.

“İlin gənc aktyoru” nominasiyası üzrə mükafatlandırılıb.



Nadirov Məhərrəm Bəxtiyar oğlu-04 oktyabr 1999-cu ildə Şərur şəhərində anadan olub.

Naxçıvan Dövlət Universitetində təhsil alır.

Naxçıvan Dövlət Tələbə Teatr Studiyasının üzvüdür. Universitetin yallı və rəqs qrupunun rəhbəridir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş “Ölülər və Dəlilər”, “Xəyyam”, “Qılınc və Qələm” tamaşalarında, Naxçıvan şəhər Gənclik Xalq Teatrında “Yarım günlük rəis müavini” və Naxçıvan Dövlət Uşaq Teatrında bir çox tamaşalarda iştirak etmiş, müxtəlif müsabiqələrin qalibi olmuşdur.

“Fəal gənc” nominasiyası üzrə mükafatlandırılıb.



Həsənbəyli Günay Aftandil qızı- 18 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin bitirib.

Sədərək rayon 1-№ li tam orta məktəbində müəllimə olaraq işləyir.

Muxtar respublikada keçirilən Yaradıcı Gənclər Festivalının iştirakçısıdır.





Abdullayeva Xangül Zahar qızı-10 yanvar 2000-ci ildə Kəngərli rayonunda anadan olmuşdur.

Rəsm müsabiqələrinin iştirakçısı və qalibi olmuşdur.

Naxçıvan Dövlət Texniki Kollecində təhsil alır.

“Gənc rəssam” nominasiyası üzrə təltif olunub.






Əliyeva Duyğu Cabir qızı- 2005-ci ildə anadan olub.

Culfa şəhər 2 №-li tam orta məktəbində təhsil alır.

Culfa şəhər Musiqi Məktəbində fortopiano üzrə təhsil alır, həmçinin “Gülüstan” rəqs qrupunun üzvüdür.

Pantamima üzrə Yaradıcı Gənclər festivalı-I yer, Naxçıvan Muxtar Respublikası üzrə dram kollektivlərinin ifaçılıq müsabiqəsi-I yer, rayon üzrə keçirilən musiqi və rəqs müsabiqələrinin qalibi həmçinin adı 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilmişdir.




Məmmədzadə Tural Tahir oğlu-03 mart 1998-ci ildə Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasının magistr tələbəsi, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tyutoru vəzifəsində çalışır.

Müxtəlif intellektual oyunların iştirakçısı, həmçinin 2019-cu ildə Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Azərbaycan Universitetləri arasında keçirilən “I Universiada” kubokunda qalib gəlmiş “Diplomat” komandasının kapitanıdır.

“Fəal gənc” və “Əlaçı tələbə” nominasiyaları üzrə mükafatlandırılıb.




Bağırov Siyavuş Mehdi oğlu-23 avqust 2003-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan şəhər 8 №-li tam orta məktə bdə təhsil alır.

Dəfələrlə intellektual oyunlarda iştirak etmiş, I, II, III yerlərə layiq görülmüş, muxtar respublikada ilk dəfə yeniyetmələr arasında təşkil olunmuş "Breyn-Rinq" müsabiqəsində I yeri tutmuş, sınaq imtahanlarında yüksək nəticələr göstərmiş, qırmızı şəhadətnamə almışdır.

Naxçıvan Muxtar Respublikasında riyaziyyat və tarix fənləri üzrə keçirilən olimpiadalarda I yerə layiq görülmüş, tarix üzrə keçirilən ölkə səviyyəli olimpiadada gümüş medal qazanmışdır.

“Sabahın alimləri” müsabiqəsində ilk dəfə muxtar respublikanı təmsil etmiş və 3-cü yerə layiq görülmüşdür.

24 iyun 2019-cu ildə Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Gənc İstedadların "Qızıl Kitabı"na adı yazılmışdır.




Bəylərova Həcər Zöhrab qızı-8 mart 2002-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Naxçıvan Dövlət Texniki Kollecində təhsil alır.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar bölməsinin üzvüdür.

Rəsm üzrə keçirilən bir sıra müsabiqələrin qalibidir.

Müxtəlif intellektual oyunların iştirakçısı və "Könüllü ol" layihəsinin fəal üzvüdür.




Nəsirova Əfruz Səttar qızı-13 may 1988-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur.

2009-ci ildə Naxçıvan Dövlət Universitetinin “Biologiya” ixtisasını, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin magistr üzrə “Mikrobiologiya və Virusologiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

Əfruz Nəsirova AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. Biologiya üzrə fəlsəfə doktordur. 10 illik fəaliyyəti dövründə apardığı tədqiqatların nəticələrini nüfuzlu elmi jurnallarda, respublika və xarici ölkələrdə keçirilən Beynəlxalq elmi-praktiki konfransların materiallarında nəşr etdirmişdir. 35 elmi əsərin müəllifidir ki, bunlardan bir kitab – “Naxçıvan Muxtar Respublikasının florası-Campanulaceae Juss.”, 22 məqalə, 10 konfrans materialı və 2 tezisdir. Xarici jurnallarda 10 əsəri dərc olunub.

Əfruz Nəsirova 02.11.2014 - 02.12.2014 tarixlərində Fransanın Bordeaux şəhərində INRA (Institut National de la Recherche Agronomique) – Kənd Təsərrüfat Milli Tədqiqat İnstitutunda Erasmus proqramı çərçivəsində “STONE” proyekti əsasında 1 aylıq təcrübə keçmişdir. 2017-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil edərək keçirdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsinin qalibi olmuş və bu münasibətlə Sertifikata layiq görülmüşdür.

Əfruz Nəsirova 2016-cı ildə Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən “İlin gənc alimi” nominasiyası üzrə, 2017-ci ildə elm sahəsində uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” nominasiyası üzrə, eyni ildə elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Rus və ingilis dillərini mükəmməl bilən Əfruz Nəsirova xaricdən gələn alman, ingilis, holland, amerikalı alimlərlə ekspedisyalarda fəal iştirak edir.




İsmayılova Nərgiz Rəfail qızı-12 mart 1986-cı ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını, 2012-ci ildə isə Gəncə Dövlət Universitetinin “Xarici ölkə xalqları ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib.

Nərgiz İsmayılova AMEA Naxçıvan Bölməsində Ədəbiyyat və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq Şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. Bölmənin Gənc Alim və Mütəxəsisslər Şurasının Sədridir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmlər doktorluğu üzrə doktorantıdır və “Avropa postmodernizmi və müstəqillik dövrü Azərbaycan bədii nəsri” sahəsində elmi tədqiqat işi aparır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvüdür. “Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə filologiya üzrə fəlsəfə doktorudur. 60 elmi, 400-dən çox qəzet məqaləsi, 7 bədii nəsr, 8 tərcümə əsərinin müəllifidir.

Kitabları: “İçimdəki Merilin”, “Qardələn”, “Müqəddəs məkan-Naxçıvan”, “Beklenen Dolunay”, “Qayıtmalısan”, “Əcəmi”, “Metakədər”. “İçimdəki Merilin”, “Beklenen Dolunay” əsərləri Türkiyədə, “Qardələn” əsəri isə İranda nəşr olunub oxucu auditoriyasına çatdırılıb. Nərgiz İsmayılova 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüb, muxtar respublikamızda “İlin yazıçısı”, “İlin jurnalisti” seçilib. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” fəxri diplomu ilə təltif edilib. Bakı şəhərində keçirilən IV Euroasian Literary Festival of Festivals (LİFFT) festivalında mükafatlandırılıb. Prezident mükafatçısıdır.

“Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfransının layihə rəhbəridir.

Nəşr olunmuş monoqrafiyaları:

1. “Məmməd Səid Ordubadi: Şərq və Qərb”, Latviya, Riqa.
2. “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” İstanbul




Rəhimova Surə Əli qızı - 28 yanvar 1986-cı ildə Naxçıvan şəhərində anadan olub.

2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Kimya” ixtisasını, 2013-cü ildə isə həmin universitetin magistratura üzrə “Fiziki kimya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Biologiya üzrə fəlsəfə doktorudur. Surə Rəhimova Fransanın Bordeaux şəhərində INRA (Institut National de la Recherche Agronomique) – Kənd Təsərrüfat Milli Tədqiqat İnstitutunda Erasmus proqramı çərçivəsində “STONE” proyekti əsasında 1 aylıq təcrübə keçmiş, həmçinin Türkiyə Cumhuriyyətinin İğdır Universitetində Araştırma laboratoriyası uygulama ve araştırma mərkəzində (ALUM) elmi təcrübədə olmuşdur. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə keçirilən muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin gənc alimi” nominasiyası üzrə təltif olunmuşdur. Surə Rəhimovanın əsas elmi fəaliyyəti bitkilərin fitokimyəvi tərkibinin öyrənilməsi, onlardan bioaktiv birləşmələrin alınması və istifadə imkanlarının araşdırılmasından ibarətdir. Apardığı elmi araşdırmalar zamanı bir sıra fəsilələrə aid bitkilərin tərkibində antosianlar, karotinoidlər, ümumi flavonoidləri, fenollu birləşmələri aşkar etmiş və antioksidant aktivliyini təyin etmişdir. Fəaliyyəti dövründə apardığı tədqiqatların nəticələrini Azərbaycan Respublikası və xarici ölkələrin nüfuzlu elmi jurnallarında, respublikada və xarici ölkələrdə keçirilən Beynəlxalq elmi-praktiki konfranslarda nəşr etdirmişdir.

Surə Rəhimova 3 elmi-publisistik məqalənin və 41 elmi əsərin (2 kitab, 20 məqalə, 19 konfrans materialı) müəllifidir.















Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020