Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Muxtar Respublikasının İstedadlı Gəncləri



Doğulduğu tarix və yer: 8 yanvar 2002-ci il, Şərur rayonu Çomaxtur kəndi
Təhsil aldığı müəssisə: Çomaxtur kənd tam orta məktəbi
Federasiya: Naxçıvan Atletika Federasiyası
Məşqçi: Şəfi Hüseynov

UĞURLARI: İkiqat Avropa çempionu, Buenos Aires 2018 Gənclərin Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan çempionatında II, Azərbaycan çempionatının 2-ci seçmə mərhələ yarışlarında I yer, Azərbaycan birinciliyində I yer, Yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində (2017) toplam 291 kiloqram (130+161 kiloqram) nəticə ilə qızıl medal, növbəti qitə birinciliyində (2018) I (təkanla qaldırma - 180 kq) və II (birdən qaldırma - 145 kq) yerlər və toplamda 325 kq nəticə ilə qitə çempionu, 2018-ci il dünya çempionatında qrup birincisi olub. Karyerasını Azərbaycan Milli komandasının üzvü kimi Ağır Atletika Akademiyasında davam etdirir. Avropa üzrə 2017-cı ildə 6 rekord, 2019-cu ildə isə daha 2 rekord yeniləyib. 2017-ci ildə Azərbaycanda “İlin ən yaxşı ağır atleti” mükafatına layiq görülüb. 2021-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən keçirilən müsabiqədə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.


Doğulduğu tarix və yer: 26 iyun 2002-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb
Federasiya: Naxçıvan Kikboksinq Federasiyası
Klub: “Turan” döyüş klubu
Məşqçi: Xəyal Abdullayev

UĞURLARI: Ukraynada keçirilən universal döyüş üzrə dünya kubokunun qalibi (light) və gümüş medalçısı (classic), kikboksinq üzrə Azərbaycan üçüncüsü və pankration, qrepplinq üzrə açıq Bakı çempionatlarının birincisidir.


Doğulduğu tarix və yer: 1 sentyabr 2002-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan Dövlət Universiteti
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş karate-do üzrə beynəlxalq turnirdə I yer, Karate üzrə I Beynəlxalq İdman Olimpiadasında III yer, Xocalı Faciəsinə həsr olunmuş açıq turnirdə I və II yerlər, Şitoyru Karate-do Federasiyasının XIV respublika çempionatında I yer, şobu-nihon və şobu-sanbon növləri üzrə Dünya Şotakan Federasiyasının IX dünya çempionatında II və III yer, Karate üzrə Urmiya Open beynəlxalq turnirində III yer, Baku Open beynəlxalq turnirində III yer.


Doğulduğu tarix və yer: 3 fevral 1999-cu il, Ordubad şəhəri
Təhsil aldığı müəssisə: Ordubad şəhər 1 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Atletika Federasiyası
Məşqçi: Ələfsər Əliyev

UĞURLARI: “Küləyə qalib gəl” devizi ilə keçirilən Bakı Marafonu-2018 yarışında 18000 idmançı arasında XII yer, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 8-ci Tbilisi Marafonunda VII, Antalya şəhərində keçirilən 15-ci Beynəlxalq Runatolia Marafonunda 21 yaş qrupunda II, kross qaçışı üzrə Azərbaycan çempionatında 6000 metr məsafə üzrə I, atletika üzrə Azərbaycan çempionatında isə 3000 metr məsafəyə qaçış üzrə I yerə layiq görülüb.

2020-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “idman ustası” dərəcəsinə layiq görülüb.


Doğulduğu tarix və yer: 9 mart 2003-cü il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan Dövlət Universiteti
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Talıb Babayev

UĞURLARI: 2011-ci il Azərbaycan çempionatının seçmə yarışları I, Gürcüstanın Kutaisi şəhərində keçirilən Avropa kubokunda V (8-12 yaş), 2014-cü il respublika Şahmat Olimpiadasının “B” qrupunda I, 2015-ci il Azərbaycan çempionatında II (8-12 yaş), 2018-ci il Azərbaycan çempionatında I, 2019-cu il Avropa çempionatında (Rumıniya, Mamaya) III yerlərdə qərarlaşıb.

Beynəlxalq Şahmat Federasiyası tərəfindən təsdiq edilən “FIDE ustası” normasını yerinə yetirib.


Doğulduğu tarix və yer: 8 noyabr 2004-cü il, Babək rayonu Zeynəddin kəndi
Təhsil aldığı müəssisə: Zeynəddin kənd tam orta məktəbi
Federasiya: Naxçıvan Kikboksinq Federasiyası
Klub: “Turan” döyüş klubu
Məşqçi: Yeganə Seyidova

UĞURLARI: 2017-ci il qarışıq döyüş növləri üzrə Azərbaycan çempionatında I, Bakı şəhərində keçirilən ciucitsu üzrə beynəlxalq turnirdə I, Qrepplinq üzrə Dünya Çempionatında III, Pankration üzrə açıq Bakı Çempionatında I, Qrepplinq üzrə açıq Bakı Kubokunda I, 2018-ci ildə Qrepplinq üzrə Bakı birinciliyində I, Pankration üzrə açıq Bakı birinciliyində I, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qarışıq döyüş növləri üzrə beynəlxalq turnirdə I, qarışıq döyüş növləri üzrə dünya çempionatında I, MMA, qrepplinq idman növləri üzrə keçirilən açıq Bakı çempionatında I, 2019-cu il ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qarışıq döyüş növləri üzrə beynəlxalq turnirdə I, 2020-ci ildə Qrepplinq üzrə açıq Bakı çempionatında isə I yerin sahibi olub.


Doğulduğu tarix və yer: 16 yanvar 2007-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Urfan Sevdimalıyev

UĞURLARI: 2014-cü ildə Gürcüstanda keçirilən yoldaşlıq görüşündə I, Naxçıvan Open - 2014 Beynəlxalq Şahmat Festivalında II, 2015-ci ildə Yunanıstanın Kovala şəhərində keçirilən beynəlxalq yarışda III, Azərbaycan çempionatının seçmə yarışlarında I, Manisa şəhərində keçirilən beynəlxalq yarışda I, 2016-cı ildə Ordu şəhərində keçirilən beynəlxalq yarışda II, Naxçıvan - 2016 Beynəlxalq Şahmat Festivalında III, 2017-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq yarışda qızlar arasında I, ümumi sıralamada III, Malatya şəhərində keçirilən beynəlxalq yarışda qızlar arasında II, ümumi sıralamada III, Ordu şəhərində keçirilən beynəlxalq yarışda II, Azərbaycan çempionatının seçmə mərhələsində I, 2018-ci ildə Türkiyənin Malatya və Hatay şəhərlərində keçirilən beynəlxalq turnirlərdə II, III, Naxçıvan - 2018 Beynəlxalq Şahmat Festivalında II, 2019-cu ildə Türkiyənin Ankara və Sivas şəhərlərində keçirilən beynəlxalq turnirlərdə II, III, Azərbaycan birinciliyində III, 2020-ci ildə Azərbaycan birinciliyinin seçmə yarışlarında II yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 30 oktyabr 2004-cü il, Babək rayonu Vayxır kəndi
Təhsil aldığı müəssisə: Vayxır kənd tam orta məktəbi
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 2016-cı ildə İranın Astara şəhərində keçirilən dostluq görüşündə I, 2017-ci ildə Bakı İdman Sarayında keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş klublararası turnirdə III, Türkiyənin Ərzurum şəhərində keçirilən beynəlxalq turnirdə III, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində III, 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş beynəlxalq turnirdə I, 1-ci Beynəlxalq İdman Olimpiadasında I, Xocalı Faciəsinə həsr olunmuş açıq turnirdə I, Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, Arpaçay Open beynəlxalq turnirində I, 2019-cu ildə İranın Astara şəhərində keçirilən Karate üzrə IV Beynəlxalq Turnirdə II, Bakı Open-2019 Beynəlxalq Karate Turnirində I, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Karate üzrə Naxçıvan Open Beynəlxalq Turnirində I, Batumi Open Beynəlxlaq Karate Turnirində I, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, Karate üzrə XI Avropa Çempionatında I və 2020-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnirdə III yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 15 oktyabr 2005-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Talıb Babayev

UĞURLARI: Azərbaycan çempionatının seçmə yarışlarında I, II, III, 2013-cü ildə Türkiyənin Bitlis şəhərində keçirilən beynəlxalq yarışda I, 2017-ci ildə Türkiyənin Malatya şəhərində keçirilən beynəlxalq yarışda qızlar arasında I, 2018-ci ildə Ankara şəhərində keçirilən beynəlxalq turnirdə qızlar arasında III, 2019-cu ildə Türkiyənin Sivas şəhərlərində keçirilən beynəlxalq turnirlərdə II, Serbiyada təşkil olunan Silver Lake-2021 Open beynəlxalq turnirində qadınlar arasında I olub.


Doğulduğu tarix və yer: 7 fevral 2005-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Urfan Sevdimalıyev

UĞURLARI: Azərbaycan çempionatının seçmə yarışlarında I, II, III, Naxçıvan Open-2015 Beynəlxalq Şahmat Festivalında III, 2013-cü ildə Gürcüstanının Ureki şəhərində keçirilən Avropa kubokunda V, 2015-ci ildə Türkiyənin Konya şəhərində keçirilmiş beynəlxalq turnirdə III, 2016-cı ildə Çorum şəhərində keçirilən beynəlxalq turnirdə I, 2018-ci ildə Ordu şəhərində keçirilən beynəlxalq turnirdə I, 2018-ci ildə Qusar şəhərində 16 yaşlı şahmatçılar arasında keçirilən olimpiyadada III, Serbiyada təşkil olunan Silver Lake - 2021 Open beynəlxalq turnirinin 18 yaşlıları arasında isə II yerin sahibi olub.


Doğulduğu tarix və yer: 13 avqust 2002-ci il, Naxçıvan şəhəri Qaraçuq qəsəbəsi
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Boks Federasiyası
Məşqçi: Məmmədcəfər Əliyev

UĞURLARI: Yeniyetmələr arasında boks üzrə ölkə biriciliyində III yer, İranın Miyanduab şəhərində keçirilən boks üzrə Beynəlxalq turnirdə I yer.


Doğulduğu tarix və yer: 14 iyun 2004-cü il, Şərur şəhəri
Təhsil aldığı müəssisə: Şərur şəhər 1 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Atletika Federasiyası
Məşqç: Şəfi Hüseynov

UĞURLARI: 2018-ci il ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının seçmə yarışlarında I, 2019-cu ildə Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində IV, növbəti Azərbaycan birinciliyində isə II yerin sahibi olub.


Doğulduğu tarix və yer: 15 oktyabr 2007-ci il, Kəngərli rayonu Xok kəndi
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Əli Hüseynzadə

UĞURLARI: 2013-cü ildə Türkiyənin Bitlis şəhərində keçirilən beynəlxalq şahmat turnirində I, 2014-cü ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə I, Naxçıvan-2018 Beynəlxalq Şahmat Festivalında III, Naxçıvan-2019 Beynəlxalq Şahmat Festivalında III, 2020-ci il Azərbaycan birinciliyində isə III yerin sahibi olub.

Naxçıvan-2013 Beynəlxalq Şahmat Festivalında “ən gənc şahmatçı” kimi mükafata layiq görülüb.


Doğulduğu tarix və yer: 20 may 2009-cu il, Bakı şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 8 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə III, Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, 2019-cu ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Arpaçay Open beynəlxalq turnirində I, Bakı Open-2019 beynəlxalq turnirində I, III, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Naxçıvan Open beynəlxalq turnirində I, II, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, III, “Olimpiya ümidləri” adlı beynəlxalq turnirdə 2 dəfə II, klublararası açıq turnirdə I, 1-ci “Azərbaycan Open” beynəlxalq çempionatında II yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 23 fevral 2008-ci il, Bakı şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 8 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş beynəlxalq turnirdə II, Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, 2019-cu ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Arpaçay Open beynəlxalq turnirində II, Bakı Open-2019 Beynəlxalq Karate Turnirində I, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Karate üzrə Naxçıvan Open Beynəlxalq turnirində III, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində III, “Olimpiya ümidləri” adlı beynəlxalq turnirdə II, klublararası açıq turnirdə II, 1-ci Azərbaycan Open Beynəlxalq Karate Çempionatında is II yerin sahibi olub.


Doğulduğu tarix və yer: 15 yanvar 2002-ci il, Babək rayonu Şıxmahmud kəndi
Təhsil aldığı müəssisə: Naxçıvan Dövlət Universiteti
Federasiya: Naxçıvan Güləş Federasiyası
Məşqçi: Faiq İsgəndərov

UĞURLARI: 2014-cü ildə Balakəndə keçirilən Azərbaycan birinciliyində III, 2015-ci il Azərbaycan birinciliyində II, 2017-ci il Azərbaycan birinciliyində III, Urmiya şəhərində keçirilən beynəlxalq turnirdə I yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 18 may 2003-cü il, Culfa şəhəri
Təhsil aldığı müəssisə: Culfa şəhər 2 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Güləş Federasiyası
Məşqçi: Hafiz Məmmədov

UĞURLARI: 2015-ci ildə Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirdə II, 2016-cı ildə Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq turnirdə II, Bakı şəhərində keçirilən beynəlxalq turnirdə I, 2017-ci ildə Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq turnirdə II, Təbriz şəhərində keçirilən beynəlxalq turnirdə I, 2018-ci ildə Türkiyənin Sakarya şəhərində keçirilən beynəlxalq turnirdə II, Gürcüstanda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə yeniyetmələrin beynəlxalq cüdo turnirində I, cüdo üzrə respublika turnirində III yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 15 noyabr 2001-ci il, Ordubad rayonu Üstüpü kəndi
Təhsil aldığı müəssisə: Naxçıvan Dövlət Universiteti
Federasiya: Naxçıvan Atletika Federasiyası
Məşqçi: Ələfsər Əliyev

UĞURLARI: 2017-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində II olub. 2018-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan birinciliklərində 1 qızıl, 2 gümüş medal qazanıb, 2019-cu ildə Azərbaycan birinciliyində III yerin sahibi olub.


Doğulduğu tarix və yer: 1 iyul 2011-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 15 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 2018-ci ildə Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində II, 2019-cu il ərzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş karate üzrə açıq çempionatda I, İranın Astara şəhərində keçirilən IV Beynəlxalq Karate Festivalında III, Bakı Open beynəlxalq turnirində III, Tbilisi Open Beynəlxalq Karate Turnirində I, Batumi Open beynəlxalq turnirində 2 dəfə III, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Karate üzrə Naxçıvan Open beynəlxalq turnirində I, “Olimpiya ümidləri” adlı beynəlxalq turnirdə II, III, Rumıniyanın Buxarest şəhərində keçirilən Dünya Şotakan Federasiyasının X Dünya Çempionatında şobu-nihon və şobu-sanbon növləri üzrə I, Şimali Makedoniyanın Skopye şəhərində keçirilən XI Avropa Şotokan Karate Çempionatında 3 fərqli versiyada I, və 2021-ci ildə Türkiyədə keçirilən 5-ci Çanaqqala Open beynəlxalq karate turnirində müvafiq yaş və çəki kateqoriyaları üzrə I, II (2 dəfə) və III yerlərin sahibi olub.




Doğulduğu tarix və yer: 17 dekabr 2009-cu il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan Qızlar Liseyi
Federasiya: Naxçıvan Karate-do Federasiyası
Məşqçi: Nəriman Quliyev

UĞURLARI: 2019-cu ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Arpaçay Open beynəlxalq karate turnirində III, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate üzrə Naxçıvan Open beynəlxalq turnirində I, Baku Open-2019 beynəlxalq karate turnirində III, Batumi Open beynəlxalq karate turnirində III, 2020-ci ildə karate üzrə XI Avropa çempionatında III və 2021-ci ildə Türkiyədə keçirilən 5-ci Çanaqqala Open beynəlxalq karate turnirində I və III yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 15 iyul 2004-cü il, Şərur rayonu
Təhsil aldığı müəssisə: Şərur şəhər 2 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Bahəddin Hətəmov

UĞURLARI: Naxçıvan Open-2015 Beynəlxalq Şahmat Festivalında I, 2016-cı ildə Bakı Open beynəlxalq yarışında III, Azərbaycan birinciliyində IV, Azərbaycan çempionatının seçmə yarışlarında I, III yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 12 mart 2007-ci il, Ordubad şəhəri
Təhsil aldığı müəssisə: Ordubad şəhər 1 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Yeganə Seyidova

UĞURLARI: Naxçıvan -2017 Beynəlxalq Şahmat Festivalında I, 2015-ci ildə Bakı şəhərində keçirilən beynəlxalq turnirdə I, Azərbaycan çempionatının seçmə yarışlarında I, II, Azərbaycan birinciliyində I, II yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 15 oktyabr 2005-ci il, Naxçıvan şəhəri
Təhsil aldığı müəssisə: Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb
Federasiya: Naxçıvan Şahmat Federasiyası
Məşqçi: Emin Hacıyev

UĞURLARI: 2013-cü ildə Türkiyənin Bitlis şəhərində keçirilən beynəlxalq yarışda I, 2016-cı ildə Bakı-Open beynəlxalq yarışında III, Azərbaycan çempionatının seçmə yarışlarında III, 2016-cı ildə Türkiyənin Çorum şəhərində keçirilən beynəlxalq yarışda IV, 2017-ci ildə Türkiyənin Malatya şəhərində keçirilən beynəlxalq yarışda III, 2019-cu ildə Ankara şəhərində keçirilən beynəlxalq turnirdə I yerlərin sahibi olub.


Doğulduğu tarix və yer: 26 noyabr 2005-ci il, Kəngərli rayonu Çalxanqala kəndi
Təhsil aldığı müəssisə: Çalxanqala kənd tam orta məktəbi
Federasiya: Naxçıvan Güləş Federasiyası
Məşqçi: Orxan Quliyev

UĞURLARI: 2018-ci ildə Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyənin Trabzon şəhərində keçirilən Qaradəniz turnirində II, Bərgüşad İdman Klubunun açıq birinciliyində isə I yerin sahibi olub.













Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021